SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.
Lent.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.
Müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb. Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.