Azərbaycanlının tütündən hazırladığı peyvənd ÜST-ün SİYAHISINDA  - FOTO
05 iyul 2021 10:48 (UTC +04:00)

Azərbaycanlının tütündən hazırladığı peyvənd ÜST-ün SİYAHISINDA - FOTO

AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun  hazırladığı COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

Lent.az məlumat verir ki, bu barədə AMEA-nın rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub:

"Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır".

# 3117
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar