Azərbaycanlı yayımçılar “TikTok”da  nə qədər pul itirdilər? – Özləri danışır
02 noyabr 2022 17:02 (UTC +04:00)

Azərbaycanlı yayımçılar “TikTok”da nə qədər pul itirdilər? – Özləri danışır

Artıq iki aya yaxındır ki, Azərbaycanda “TikTok” platformasına giriş müvəqqəti dayandırılıb. Bu qədər populyar bir platformaya hər gün saysız-hesabsız, hər yaş aralığında istifadəçilər daxil olur. Kimisi əylənmək, kimisi pul qazanmaq üçün istifadə edir. Bəs, azərbaycanlı tiktokerlər indi canlı yayımsız, paylaşımsız günlərini necə keçirir?

Lent.az-ın əməkdaşı bəzi tiktokerlərin hazırda nə iş gördükləri ilə maraqlandı.

“TikTok”un son vaxtlar fenomeninə çevrilmiş Xalq artisti Bilal Əliyev deyir ki, platformaya rahat şəkildə daxil olur və canlı yayımlar açır:

““TikTok”a girə bilirəm. Bəzi yerlərdə ola bilər ki, tutmur, ancaq şəhərin mərkəzində yaşayıram və rahat şəkildə istifadə edə bilirəm. Onu deyim ki, oradan qazanmıram, qazanc yerim var, Şükür Allaha. “TikTok”a da ona görə girirəm ki, bütün dünya ilə bərabər olum, canlı yayım açım. Dünyanın hər yanından qoşulurlar, hər cür insan gəlir canlı yayımıma. Mənə də xoşdur ki, fikrimi çatdıra bilirəm insanlara, həmçinin, onlar da. Ona görə mənə heç bir təsiri olmadı. Elə əylənmək üçün, elə-belə girirəm”.

Vayner Ülvi Əliyev (Cənab Ülvi) isə “VPN”dən və düşən baxış sayından şikayətləndi:

““TikTok” müvəqqəti olaraq bağlandığı üçün baxış sayı 30 faiz düşüb. İnsanların əksəriyyəti “VPN”dən istifadə etmir və məncə, “VPN” olduqca təhlükəlidir. “TikTok”la evində xırda satış edib ailəsini dolandıran insanlar da var, evdə hazırladığı əl işlərini satanlar da və s. Qazancını bu platforma üzərindən edən insanlara çox ziyan vurdu. Məsələn, video-bloggerlərin səhifəsi daimi aktiv qalmalıdır. Amma onların da işləri çox çətinləşib. Bir yandan nəzər salsaq, sentyabr ayı ölkəmizə olunan təxribatda insanların yalan məlumatları paylaşması insanları təşvişə salırdı. Buna görə müvəqqəti bağlanması sakitçilik üçün çox məqsədəuyğundur. İnşallah ki, “TikTok”un fəaliyyəti tezliklə ölkəmizdə bərpa olunar”.

Yemək bloggeri Osman (Osman.cho) da Lent.az-a “TikTok”dan istifadə edə bilmədiyi üçün heyfisləndiyini bildirdi:

“Baxış və izləyici sayı əhəmiyyətli dərəcədə düşüb. Reklam təklifləri də azalıb. Bu da qazancıma təsir etdi. İki aya yaxındır ki, “TikTok”da paylaşa bilmədiyim videoları artıq az çəkirəm və “İnstagram” hesabımda paylaşıram. Bu da məni həvəsdən salır. Ümid edirəm ki, tezliklə əvvəlki ampluamıza dönüş edərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26550
avatar

Nigar Namiq

Oxşar yazılar