Ukrayna hüquq-mühafizə orqanları azərbaycanlı oliqarx Vaqif Əliyevin öz biznesini ölkədən çıxarmasına imkan verməyib.
Lent.az xəbər verir ki, Ukraynanın ən varlı adamları arasında 460 milyon dollarla 22-ci yerdə olan Vaqif Əliyev ölkədə xeyli ticarət mərkəzləri, icarəyə verilmiş yaşayış binalarına sahibidir.
Əliyev 2021-ci ildə “Parus” adlı biznes mərkəzini iş adamı Vadim Stolara satsa da, hazırda o, “Lesnaya Mall”, “Mandarin” plaza, “Terminal” ticarət mərkəzi və digər əmlakların sahibidir.
Xatırladaq ki, Vaqif Əliyev ötən ilin mayında Ukraynadan qaçmaq istəyərkən bu ölkənin xüsusi təyinatlı ALFA qrupu tərəfindən yaxalanmışdı. O, bir müddət həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Əliyev ruspərəst mövqeyi ilə seçilən iş adamlarından biridir. O, 1998-ci ildə Nyu-Yorkda keçmiş ABŞ prezidenti Donald Trampla görüşmüş və ondan məsləhətlər almışdı. Əmlak biznesi ilə məşğul olmağı da elə ona Tramp tövsiyə etmişdi.
Vaqif Əliyev