Azərbaycanlı ailəsini görmək üçün toplanan pulu UŞAQLARA PAYLADI
29 yanvar 2024 16:29 (UTC +04:00)

Azərbaycanlı ailəsini görmək üçün toplanan pulu UŞAQLARA PAYLADI

Novosibirskdə yaşayan azərbaycanlı Rza Rzayev onun üçün yığılan pulu sağlamlıq imkanları məhdud uşaqların internat məktəbinə vermək qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 17-də Rza Leninski rayonunun Plaxotnoqo küçəsi ilə işdən evə qayıdarkən qəza baş verib - boru partlayıb.

Kişi keçiddə bir neçə böyük və uşağın dayandığını görüb və o, çaya çevrilən yolu keçməkdən qorxanlara kömək edərək müstəqil şəkildə keçid düzəldib. Rza uşaqları qucağına alıb o biri tərəfə keçirib.

Novosibirsk sakinləri azərbaycanlının şücaətindən xəbər tutublar və evə getməsi üçün pul yığmaq qərarına gəliblər. Altı ay idi ki, həyat yoldaşı və uşaqlarını görmürdü. Ümumilikdə 71 min rubl (təxminən 1400 manat) toplanıb, lakin o, pulu internat məktəbində ehtiyacı olan uşaqlara köçürmək qərarına gəlib.

“Həmişə fürsət düşən kimi vətənimə gedirəm. Amma məndə həmişə sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə kömək etmək istəyi olub, ona görə də bütün bu pulu onlara köçürmək qərarına gəldim”, - o, jurnalistlərə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5223
avatar

Fidan İlqar

Oxşar yazılar