Azərbaycanın bu bölgəsinə güclü qar yağıb
12 mart 2021 10:16 (UTC +04:00)

Azərbaycanın bu bölgəsinə güclü qar yağıb

Martın 11-də axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağmağa başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 sm qar yağıb.

Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr olub. 

Bölgədə ən aşağı temperatur -14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5142
avatar

Oxşar yazılar