“Qardaş köməyi” Platforması çərçivəsində Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Tvitter"-də paylaşım edib.
Platforma çərçivəsində Azərbaycanın müxtəlif rayonlarından Kahramanmaraşa 14 konteyner ev və 3 portativ tualet çatdırılıb.