Azərbaycanda zəlzələ olub.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda qeydə alınıb. Zəlzələ zəif hiss olunub.
Zəlzələnin maqnitudası 3.4 , dərinliyi 2 km olub.