Azərbaycanda yaşıllıqlara 20 min manata  yaxın ziyan dəydi
08 avqust 2025 18:56 (UTC +04:00)

Azərbaycanda yaşıllıqlara 20 min manata yaxın ziyan dəydi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Lent.az xəbər verir ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18720 manat məbləğində ziyan dəydiyi  müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar