Azərbaycanda sürücülərə yazılan ən yüksək cərimə hansıdır?
23 iyun 2021 17:14 (UTC +04:00)

Azərbaycanda sürücülərə yazılan ən yüksək cərimə hansıdır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu yol hərəkəti qaydalarının pozuntusu zamanı yazılan cərimələrlə bağlıdır.

Məlum olduğu kimi, sürücülər yol hərəkəti qaydalarını pozduğu təqdirdə yol polisi tərəfindən saxlanılır və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunur. Bəs görəsən Azərbaycanda sürücülərə tərtib olunan ən yüksək cərimə məbləği nə qədərdir?

Rubrikamızın sualına avtomobil eksperti Eldəniz Cəfərov aydınlıq gətirib. O bildirib ki, cərimənin miqdarı 400 manatdan çox olduqda, artıq o yüksək məbləğ hesab olunur:

Avtomobil eksperti Eldəniz Cəfərov

“Əsasən nəqliyyat vasitəsini sənədsiz, həmçinin sərxoş vəziyyətdə idarə edəndə yüksək məbləğdə cərimə tətbiq olunur. Bundan əlavə, avtomobillə kimisə vurub yüngül xəsarət yetirəndə də böyük miqdarda cərimə protokolu tərtib olunur. Sürücü bu eyni nöqsanlara təkrar yol verdikdə cərimənin məbləği 100-200 manat da artır və təxminən 800 manat civarına gəlib çatır.

Bunlar ancaq fiziki şəxslərə tətbiq olunan cərimələrdir. Hüquqi şəxslər daha yüksək məbləğdə cərimələnir. Məsələn, qeyd etdiyimiz nöqsanlara görə, hüquqi şəxslər 15 min manatadək cərimələnə bilər. Fiziki şəxslər üçün isə ən yüksək cərimə məbləği 1000 manatdır. 400 manatdan yuxarı artıq yüksək cərimə hesab olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4687

Oxşar yazılar

 Ən gözəl   5 BÜRC: Kainatın  ən cazibədar   qadınları 

Ən gözəl 5 BÜRC: Kainatın ən cazibədar qadınları 

3 aprel 2025 , 00:02
Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15