Gəncədə elektrik enerjisinin verilişinə görə dərslər dayandırılan Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə enerji verilişi bərpa olunub.
Lent.az-ın məlumatına görə, bu barədə APA-ya Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib. Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir: "Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verlişi bərpa olunub. Sössüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək".
***
09:29
Gəncənin Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbində bu gün dərslər təxirə salınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, məktəbdə elektrik enerjisi kəsildiyindən dərsə gələn şagirdlər geri qaytarılıb.
Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev bildirib ki, məktəbə gələn elektrik xətində nasazlıq yaranıb, məktəbin alternativ elektrik xətti olmadığı üçün direktor dərsləri bir günlük təxirə salıb. Çünki məktəbdə dərslər saat 8-də başladığı üçün sinif otaqları qaranlıq olur. A. Qədiməliyev qeyd edib ki, pedaqoji şuranın qərarına əsasən, bu günün dərsi şənbə gününə təyin ediləcək. Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir.