Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 781 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib, aktiv xəstə sayı 18 167 nəfərdir.
Ölkədə son sutka ərzində 10 291, hazırkı dövrədək isə 6 522 155 test aparılıb.