Azərbaycanda koronavirusa yoluxma ilə bağlı  ŞOK STATİSTİKA
16 may 2022 17:34 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ŞOK STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.

# 4353
avatar

Oxşar yazılar