6 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17,495 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.