Azərbaycanda karantin müddəti niyə azaldıldı? - CAVAB
24 yanvar 2022 15:27 (UTC +04:00)

Azərbaycanda karantin müddəti niyə azaldıldı? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu karantin müddətinin 7 günə endirilməsi ilə bağlıdır.

Azərbaycanda bu gündən etibarən test nəticəsi “müsbət” olan şəxslərin və onlara müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Bəs karantin müddəti niyə azaldılıb?

Lent.az-ın bu sualını Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov cavablandırıb.

“Hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib. Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur.

Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.

F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi “Omicron” ştamı ilə əlaqədardır:

"Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

# 4407
avatar

Aytəkin Cəlali

Oxşar yazılar