Azərbaycanda II Dünya müharibəsinin neçə iştirakçısı sağdır? -CAVAB
27 dekabr 2021 18:51 (UTC +04:00)

Azərbaycanda II Dünya müharibəsinin neçə iştirakçısı sağdır? -CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu Azərbaycanda neçə Böyük Vətən Müharibəsi iştirakçısının sağa olması ilə bağlıdır.


Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilir və son illərdə bu maddi yardımın məbləği 3 dəfə artırılaraq 500-dən 1500-ə çatdırılıb.

Döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 4 dəfəyə yaxın artırılaraq 200 manatdan 750 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ötən dövrdə  II Dünya müharibəsi əlilllərinin mənzillə və avtomobillə təminatını da həyata keçirib.

Bəs, ölkəmizdə nə qədər İkinci Dünya müharibəsi iştirakçısı var?

Lent.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, hazırda ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının sayı 159 nəfərdir.

Həmin şəxslər pensiya ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə təmin olunurlar.   Təqaüd  I dərəcə üzrə 400 manat, II dərəcə üzrə 350 manat, III dərəcə üzrə 300 manat, İkinci Dünya müharibəsi iştirakçıları üçün isə 300 manatdır.

# 2853
avatar

Aytəkin Cəlali

Oxşar yazılar