Azərbaycanda gözlərindən qan gələn uşaqla bağlı YENİ XƏBƏR  - "Hələ də..."
06 oktyabr 2021 11:23 (UTC +04:00)

Azərbaycanda gözlərindən qan gələn uşaqla bağlı YENİ XƏBƏR - "Hələ də..."

"Bir həkimin müalicəsindən sonra uşağın gözündən 15 gün qan gəlmədi, amma sonra güclü qan gəlməyə başladı".

Bu sözləri Lent.az-a açıqlamasında körpənin dayısı Əlişiraz Cənnətov deyib. O bildirib ki, sonra başqa həkimin yanına gediblər:

"İndi 4 gündür körpənin gözündən qan gəlməsi dayanıb. Heç bir həkim hələ də həkim bunun səbəbini deyə bilmir. Bildirirlər ki, səbəbin bilinməsi üçün hələ tezdir və bunu tapmağa vaxt lazımdır".

Xatırladaq ki, bununla bağlı yazı saytımızda sentyabrın 24-də getmişdi. Körpənin gözlərindən qan gəlməsi ilə bağlı bir həkim bildirmişdi ki, anası hamiləlikdə koronavirus infeksiyası keçirdiyi üçün, körpəyə də virusun təsiri olub. Və bu özünü onun gözlərindən qan gəlməsi ilə göstərib.

# 8181
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar