Azərbaycanın polis idarə və şöbələrinə erkən nikahla bağlı xüsusi göstəriş verilib.
Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən ölkənin bütün polis idarə və şöbələrinə xüsusi göstəriş göndərilib. Göstəriş, bölgələrdə erkən nikah hallarının qarşısının alınması ilə bağlıdır. Bundan əlavə bölgələrdə polis əməkdaşları erkən nikahların qarşısının alınması üçün məktəblərdə maarifləndirici tədbirlər keçirir, erkən nikahın gələcəkdə fiziki və mənəvi sağlamlıq üçün ciddi təhlükə olduğu barədə xəbərdarlıq edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazax rayonunda 2, Sabirabad rayonunda isə 1 erkən nikahın qarşısını alınıb. Daxil olan məlumat əsasında polis əməkdaşlarının cəlb olunması nəticəsində yeniyetmə qızlar üçün qurulan toy çadırları sökülüb.