Ahıl qadın Səkinə xala
02 iyun 2021 10:41 (UTC +04:00)

Ahıl qadın Səkinə xala

Azərbaycanda DƏHŞƏT: ahıl qadın boğazında kəndir, ac-susuz tövlədə saxlanılır -VİDEO

"3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşaraq, aidiyyəti qurumları işarələmişdim".

Lent.az məlumat verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib:

"Həmin qurumlardan da əlaqə saxlamamı, qadın haqqında məlumatları onlara verməyimi bildirəndə, dərhal göndərdim. Harada yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik, araşdıracaqlar. Ancaq Səkinə xalanın pensiya kartını mənimsəyən və işgəncə verən bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır.

Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu, İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır. Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub, amma nə fayda".

# 11436
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar