Azərbaycanda daha neçə nəfər koronavirusa yoluxdu? -  SON STATİSTİKA
05 may 2022 16:34 (UTC +04:00)

Azərbaycanda daha neçə nəfər koronavirusa yoluxdu? - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 51 nəfərdir.

Ölkədə son sutka ərzində 3 903, hazırkı dövrədək isə 6 826 926 test aparılıb.

# 2532
avatar

Oxşar yazılar