Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.
Ölkədə son sutka ərzində 3 297, hazırkı dövrədək isə 6 769 897 test aparılıb.