Azərbaycanda COVID-19-dan daha 7 nəfər öldü
13 sentyabr 2022 15:10 (UTC +04:00)

Azərbaycanda COVID-19-dan daha 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.

Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 753 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar