Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9716 nəfər vəfat edib, aktiv xəstə sayı 118 nəfərdir.
Ölkədə son sutka ərzində 2189, hazırkı dövrədək isə 6 936 343 test aparılıb.