Azərbaycanda bir ailənin 7 uşağı eyni gündə sünnət edilib.
Lent.az xəbər verir ki, Məmmədovlar ailəsinin övladları 14 yaşlı Elsevər, 10 yaşlı Şərif, 9 yaşlı Ömər, 7 yaşlı Ramazan, 5 yaşlı Sübhan, 4 yaşlı Süleyman və 1 yaşlı Ceyhun eyni gündə Ağstafa rayon mərkəzi xəstəxanasında sünnət olunublar.
Ailə Ağstafa rayonunun Saloğlu qəsəbəsində yaşayır. Onların 8 uşağı var, 1-i qız, 7-si oğlandır.
Qeyd edək ki, hazırda uşaqların vəziyyəti yaxşıdır və onların sünnət xərci dövlət hesabına olub.



