Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
21 aprel 2024 10:34 (UTC +04:00)

Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

# 3003
avatar

Oxşar yazılar