Azərbaycana  qar   yağdı
13 aprel 2022 20:45 (UTC +04:00)

Azərbaycana qar yağdı

Gədəbəy rayonuna qar yağıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün axşam saatlarında yağan qar rayon mərkəzinə az miqdarda, ucqar kəndlərə daha çox düşüb.

Daşkəsən rayonuna da qar yağıb.

Rayonun dağ kəndlərinə, eləcə də mərkəzinə qar düşüb.

Hər iki rayonunun yol infrastrukturunda heç bir problem yaranmayıb.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar