Azərbaycana bu yerlərdən ət gətirilməsinə qadağa
18 yanvar 2021 18:39 (UTC +04:00)

Azərbaycana bu yerlərdən ət gətirilməsinə qadağa

 

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonu ərazisində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistanın Haryana (Haryana) ştatının ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Agentlikdən Lent.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən AQTA tərəfindən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Dağıstan Respublikasından diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən  genetik materialların, Hindistanın Haryana ştatından isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Dağıstan Respublikasından və Hindistanndan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar