Azərbaycana bu ölkələrdən quş əti idxalı məhdudlaşdırıldı
09 mart 2021 17:25 (UTC +04:00)

Azərbaycana bu ölkələrdən quş əti idxalı məhdudlaşdırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əfqanıstanın Herat (Herat), İsveçin Halland (Halland) və Esterqotlandiya (Östergötland) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əfqanıstanın Herat, İsveçin Halland və Esterqotlandiya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əfqanıstandan və İsveçdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Oxşar yazılar