Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V. Süleymanov bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Aparat rəhbəri işləyib.