Atası tərəfindən şiddətə məruz qalan uşaq
19 aprel 2021 11:25 (UTC +04:00)

Atası tərəfindən şiddətə məruz qalan uşaq

Azərbaycan ailəsində daha bir DƏHŞƏT: Atası döyür, anası isə...

Bir neçə gün öncə  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Keşlə qəsəbəsində azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qaldığı barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, azyaşlının şiddət görməsinə anası da susur:  

“Mənə zəng edib bu uşağın atası tərəfindən şiddət gördüyü, anasının isə vəziyyətə heç bir reaksiya vermədiyi bildirilib. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat vermişəm. Əgər bu uşağa qarşı cinayət faktları öz təsdiqini taparsa, ana da məsuliyyət daşımalıdır”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, azyaşlı ilə bağlı məsələ rəhbərliyin nəzarəti altına alınıb:

“Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, azyaşlının müdafiəsi ilə bağlı bir çox sosial şəbəkə istifadəçiləri paylaşımlar edib. 

Lent.az mövzunu davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7869
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar