Aytən Səfərovanın son durumu AÇIQLANDI
18 aprel 2024 11:03 (UTC +04:00)

Aytən Səfərovanın son durumu AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, o, hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. 

Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6156
avatar

Fidan İlqar

Oxşar yazılar