Avqustda keçiriləcək imtahanların  SİYAHISI
05 iyul 2021 11:44 (UTC +04:00)

Avqustda keçiriləcək imtahanların SİYAHISI

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.

DİM-dən Lent.az-a verilən məlumata görə, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı, rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.

Avqustun 11-də dövlət qulluğuna qəbul imtahanı (B növü), ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçiriləcək.

Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı baş tutacaq.

# 1650
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar