"Atalar tabut arxasınca getməsin" - Elşad Hacıyevdən TƏSİRLİ PAYLAŞIM
06 avqust 2025 10:40 (UTC +04:00)

"Atalar tabut arxasınca getməsin" - Elşad Hacıyevdən TƏSİRLİ PAYLAŞIM

Azərbaycanda yol qəzalarında həyatlarını itirənlərin sayı ilbəil azalsa da, baş verən hadisələrin sayı və insan itkisinin miqyası narahatedici səviyyədədir.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı mütəmadi maarifləndirici və profilaktik tədbirlər həyata keçirir.

Mövzu ilə bağlı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev də bu gün sosial şəbəkədə təsirli paylaşım edib.

O, qəzaların bir çox hallarda sürət həddinin aşılması səbəbindən baş verdiyini qeyd edib:

“Başqalarının yollarda düşdüyü faciələr ibrət deyil? — Hara tələsirsiniz?

Yolda can verən insanla bağlı yaydığımız məlumatlar xəbər deyil, xəbərdarlıqdır. Biz bu hadisələri ona görə paylaşırıq ki, sabah yolda başqa bir ailə dağılmasın, daha bir ana ağlamasın, bir ata tabut arxasınca getməsin. Bu səssiz dərslər kiminsə sükan arxasında məsuliyyətli davranmasına səbəb olmalıdır. Çünki qəza nə zaman baş verəcəyini xəbər vermir, ancaq qəzalar bəzən ağır iz qoyur, baş daşı saldırır.

Əziz sürücülər, bir neçə dəqiqə tez çatmaq üçün bir ömrü yarımçıq qoymayın. Təkcə özünüzə görə yox, avtomobildə olan sərnişinlərə, qarşıdakı piyadaya, qarşıdan gələn sürücüyə və ailə üzvlərinizə görə də məsuliyyət daşıyırsınız”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar