Son zamanlar yodun qiymətinin qalxması ilə ölkədəki bir çox apteklərdə yod çatışmazlığı ilə bağlı şaiyələr yayılıb.
Əldə edilən məlumatlara görə, hətta bəzi apteklərdə satıcılar 1 ədəddən artıq yod satırmırlar.
Maraqlıdır, görəsən, apteklərdə yod çatışmazlığının səbəbləri nələrdir?
Farmakoloq Aydın Əliyev Lent.az-a bildirib ki, dərmanlarla bağlı xalqın narazılığı çoxdur.
Onun sözlərinə görə, insanlar dərmanların qiymətlərindən narazıdır:
“Düşünürəm ki, dərmanların qiymətinin elektron variantı olmalıdır. Beləliklə, insanlar apteklərdən dərman alarkən qiymətindən xəbərdar olacaq. Digər tərəfən, ölkəmizdə çox sayda dərman zavodları açılmayana qədər bu cür problemlərlə üzləşəcəyik.
Bildiyimiz kimi, artıq yodun qiyməti bahalaşıb. Bunun səbəbi xaricdən dərmanların gəlməsidir. Ölkədə yodun çatışmazlığı ilə bağlı problemlər var. Buna bənzər problemlər çoxdur. Təbii ki, bu problemlər həll olunmalıdır. Konkret olaraq zavodlar açılmalı və öz dərmanlarımızı istehsal etməliyik”.