Amerikalı professor ATU-nun rəhbərliyi ilə görüşüb
13 mart 2023 13:13 (UTC +04:00)

Amerikalı professor ATU-nun rəhbərliyi ilə görüşüb

Harvard Universitetinin (ABŞ) uşaq psixiatrı, professor Kerim Munir Bakıya səfəri çərçivəsində Azərbaycan Tibb Universitetini ziyarət edib.

Universitetdən Lent.az-a verilən xəbərə görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə qonağın Bakıda keçirdiyi təlim proqramı və onun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Professor Kerim Munir qeyd edib ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramı təşkil olunub.

Tədbirdə təlimçi qismində iştirak edən K.Munir uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyəni təmin etmək istiqamətində məlumatları bölüşüb. Tədqiqatçılar, klinik psixoloqlar və psixi sağlamlıq mütəxəssislərinin qatıldığı təlim proqramında ATU-nun əməkdaşları da iştirak ediblər.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu cür tədbirlərin tədqiqat aparmaq və layihə hazırlamaq üzrə bacarıqlarını təkmilləşdirmək istəyən mütəxəssislər üçün çox faydalı olduğunu vurğulayıb. Qeyd edib ki, burada məqsəd qarşılıqlı təcrübə mübadiləsi olmaqla yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə də kömək etməkdir.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov iştirak ediblər.

# 1617
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57