Ali məktəblərin vakant yerlərinə ixtisas seçimi  BU TARİXƏDƏK  aparılacaq
04 sentyabr 2021 09:48 (UTC +04:00)

Ali məktəblərin vakant yerlərinə ixtisas seçimi BU TARİXƏDƏK aparılacaq

 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaqdır.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumatta görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298

Oxşar yazılar