Ali məktəblərdə tədris necə təşkil olunacaq? - Dərslər...
21 sentyabr 2021 16:35 (UTC +04:00)

Ali məktəblərdə tədris necə təşkil olunacaq? - Dərslər...

Azərbaycanda sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində dərslərin başlayacağı bəlli olsa da, tədrisin hansı formada təşkili ilə bağlı yekun qərar verilməyib.

Lent.az-ın məlumatına görə, artıq bir neçə universitet bununla bağlı bir neçə təklif irəli sürüb.

Universitetlər yeni tədris ilində dərslərin həm onlayn, həm də ənənəvi formada keçirilməsinin tərəfdarıdır.

Bəzi universitetlər mühazirə (həftədə 2 dəfə) dərslərinin onlayn, seminar (həftədə 3 dəfə) dərslərinin isə ənənəvi formada təşkili ilə bağlı qərar verməyə hazırlaşır. 

Bəziləri isə tələbələrin jurnal sırası ilə ayırmağı planlaşdırır. Belə ki, jurnalda tək rəqəmlilər alt həftə, cüt rəqəmlilər isə üst həftə dərsə gələcəklər. Hər kəs öz həftəsində əyani təhsil, digər həftələrdə isə onlayn formada təhsil alacaqlar.

Xatırladaq ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirmişdi ki, yaxın günlərdə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili" qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir:

“Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Aidiyyəti ali təhsil müəssisələrinin təklifləri təxminən budur ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilsin. Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10948

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34