Aktyor   “Bakı Metropoliteni”ndə departament rəisi oldu
08 fevral 2025 15:36 (UTC +04:00)

Aktyor “Bakı Metropoliteni”ndə departament rəisi oldu

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

Lent.az QSC-yə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

Qeyd edək ki, Şaban İmkani həmçinin bloqqer və aktyor kimi fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505

Oxşar yazılar