Ağdamda valideynlərinin döydüyü körpənin aqibəti necə olacaq? - AÇIQLAMA
28 avqust 2025 11:46 (UTC +04:00)

Ağdamda valideynlərinin döydüyü körpənin aqibəti necə olacaq? - AÇIQLAMA

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpələrdən biri xəstəxanadadır, digəri Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

“3 yaşlı körpə əməliyyat edilib. Hazırda uşaq Ağdam Mərkəzi rayon Xəstəxanasındadır. Vəziyyəti yaxşıdır. Daha sonra Bakıya gətirilib, Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdiriləcək. AQDPK problemlə bağlı məsələ qaldırıb. Valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Valideynlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları verəcək. Araşdırma aparılır”, - o bildirib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, avqustun 27-də saat 16:20-də 2 yaşlı oğlan komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.

Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib.

Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Məlumat üçün qeyd edək ki, 1 yaşlı oğlanın isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar