Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.
Lent.az-ın xəbərinə görə, tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, digər rəsmilər və media nümayəndələri iştirak edib.
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.