Ad, ata adı və soyad necə dəyişdirilir? - CAVAB
16 aprel 2024 10:52 (UTC +04:00)

Ad, ata adı və soyad necə dəyişdirilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ad, soyad dəyişdirilməsi ilə bağlıdır.

Maraqlıdır, ad, ata adı və soyad necə dəyişdirilir?

Lent.az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olarsa və atalığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmadığı hallarda uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8184
avatar

Fidan İlqar

Oxşar yazılar