Abşeronun bu qəsəbəsinə gedənlərin  NƏZƏRİNƏ : hərəkət məhdudlaşdırılıb
26 iyun 2021 12:37 (UTC +04:00)

Abşeronun bu qəsəbəsinə gedənlərin NƏZƏRİNƏ: hərəkət məhdudlaşdırılıb

Abşeron rayon Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb: "Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur".

# 2577
avatar

Oxşar yazılar