Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir.
Lent.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.
İşdən çıxarılanların siyahısını təqdim edirik:
Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov
Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev
Həmin strukturun bölmə rəisi Əziz Ağayev
Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov
Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev
5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev
10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov
Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib.