Ölkə ərazisində yaxın üç gündə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3 dərəcə yüksələrək, Bakıda və Abşeron yarımadasında 18, Mərkəzi Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.