Xüsusi karantin rejimində KİV necə fəaliyyət göstərəcək? - Qərargahdan AÇIQLAMA
30 mart 2020 20:24 (UTC +04:00)

Xüsusi karantin rejimində KİV necə fəaliyyət göstərəcək? - Qərargahdan AÇIQLAMA


Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar