Xəstəxanalarda istifadə edilmiş geyimlərin aqibəti necə olacaq? - RƏSMİ CAVAB
12 may 2020 13:27 (UTC +04:00)

Xəstəxanalarda istifadə edilmiş geyimlərin aqibəti necə olacaq? - RƏSMİ CAVAB

 Ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə konpleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, paytaxtdakı küçə və prospektlərin, yolların, yaşayış binaları və digər tikililərin, həyətlərin, park və istirahət yerlərinin, ticarət yerləri, iaşə obyektlərinin və dayanacaqların, bir sözlə insanların toplaşdığı yerlər mütəmadi olaraq xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilir.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan kommunal xidmətlər tərəfindən insanların sağlamlıqlarının qorunması istiqamətində digər tədbirlər də həyata keçirilir. Belə ki, mövcud karantin şəraitində koronovirus xəstələri, olanlara xidmət edən həkim və tibb personalının istifadə etdiyi qoruyuğu geyim və digər vasitələrin tibb müəssisələrindən yığılaraq xüsusi qaydada utilizasiyası mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır.

İşlər çərçivəsində kommunal xidmətlərin xüsusi texnikası tərəfindən TƏBİB-in tabeliyində olan xəstəxana və tibb müəssisələrindən istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül  massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi  müəssisəyə təhvil verilir. Təhlükəli tullantılar bu poliqondakı insineratorda (dünya standartlarına cavab verən xüsusi soba) yandırılaraq utilizasiya olunur. Yanma zamanı əmələ gələn tüstü xüsusi filtrlərdən keçir ki, bu da tüstünün insanlara dəyə biləcək ziyanı heçə endirir.  Yanma nəticəsində əmələ gələn kül qablara toplanaraq poliqondakı hüceyrələrdə basdırılır.

Məlumat üçün bildiririk ki, bu prossesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınmışdır. Onların yük yeri paslanmayan materialdan hazırlanıb və hermetikdir.  Hazirda 3 ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən bu cür tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. İşçilər xüsusi geyim və qoruyuğu vasitələrlə təmin edilib, texnika gündəlik dezinfeksiya edilir. Yaxın günlərdə Bakıya daha 4 ədəd belə avtonəqliyyat vasitəsi gətiriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Aygün İbrahimli

Oxşar yazılar