Bu gün 130 nəfər Dağıstan ərazisindən Azərbaycana keçirilib.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, indiyə qədər Dağıstandan 503 nəfər gətirilib: “İyunun 10-dan Nyu-Yorkdan azərbaycanlılar gətiriləcək”.
İ.Məmmədov əlavə edib ki, iyunun 10-dan 30-dək olan müddətdə xaricdən çarter reysləri qrafiki hazırlanır. Hazırlıq yekun mərhələsindədir”.