Ailəsi tərəfindən cinsiyyəti şüphəli görülərək Bakı Sağlamlıq Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsinə gətirilən 1 yaş 6 aylıq uşağa “Konjenital Adrenal Hiperplaziya” diaqnozu qoyulub.
Lent.az xəbər verir ki, pasiyentin xəstəxanada keçirilən müayinə və analizlər nəticəsində, genetik olaraq daxili orqanlarının və genetikasının qız olduğu məlum olub. Sadəcə, xarici orqanlarının görünüşü oğlan kimi formalaşıb.
Bu tip pasiyentlər həkim psixoloq ve həkim endikronoloqun qəbulundan sonra həkim nəzarəti ilə genetik analizlərdən keçirilirlər. Sonra pasiyent cərrahi əməliyyata alınır. Sağlamlıq mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri tibb elmləriüzrə fəlsəfə doktoru Toğrul Ömərov pasiyentə Total Urogenital Mobilizasiya, Labioplastika, Klitoraplastika əməliyyatları icra edib. 5 saat davam edən əməliyyat nəticəsində tam görünüş bərpa olunub. Uğurlu əməliyyat nəticəsində pasiyent sağlamlığını geri qazanıb.
Balaca pasiyentimizə gözəl həyat arzu edirik.