Türkiyənin təhsil naziri Ziya Səlcuq məktəblərin tətildə olduğu müddətdə uşaqların efirdən asılılığının qarşısını almaq üçün tövsiyələr verib.
Lent.az az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir dərslərin televiziya vasitəsilə yayımlanması məsələsinə toxunub: "Məcbur qaldığımız üçün bu günlərdə dərsləri efirdən verməli oluruq. Yaxşı olar ki, uşaqlar ekran haqlarını yalnız dərslərinə baxmaqla istifadə etsinlər. Qalan əyləncə və dincəlmə ehtiyaclarını efirə baxmaqla deyil, ailələri ilə ünsiyyət vasitəsilə həyata keçirərlərsə, baş verə biləcək ekran asılılığının qarşısına keçmiş olarıq".