Uşaqlar koronavirusla bağlı maarifləndiriləcək
16 aprel 2020 11:11 (UTC +04:00)

Uşaqlar koronavirusla bağlı maarifləndiriləcək

Azərbaycanda COVID-19 xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə uşaqlar üçün maarifləndirici materiallar hazırlanır.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində əhali, xüsusən uşaqlar üçün maarifləndirici materialların hazırlanaraq aidiyyəti üzrə paylanılması nəzərdə tutulur.

Yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə hazırlananan materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb.

Pandemiya dövründə körpələrini ana südü ilə qidalandıran anaların zəruri gigiyena qaydalarına riayət etməsi, usaqların (0-2 yaş arasında) erkən inkişafı, eyni zamanda uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stressin idarə olunması üzrə məlumatlar da maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması, həmçinin qısa video-çarxın hazırlanması da həyata keçiriləcək.

Hazırlanan materiallara əhalinin əlçatanlığının təmin olunması məqsədi ilə onlar www.isim.az saytında yaradılan koronavirus haqqında məlumat bölümündə yerləşdiriləcək.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239
avatar

Aygün İbrahimli

Oxşar yazılar